• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2213
— 22.11.2021 12:20

Kəlbəcər rayonunun Yellicə kəndi

KepezTV Player

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Yellicə kəndindən videogörüntülər paylaşıb. Dağətəyi ərazidə yerləşən yaşayış məntəqəsini XIX əsrdə qonşu Keşdək kəndindən köçmüş ailələr salıblar. Oykonim “yelli, küləkli yer” mənasındadır. 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Yellicə kəndi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan sonra 25 noyabr 2020-ci ildə əzəli sahiblərinə geri qaytarılıb.