• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 20.11.2021 19:09

Dələduzluq yolu ilə vətəndaşları aldadan dəstə üzvləri ifşa edilib

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində sosial şəbəkələrin imkanlarından geniş istifadə edərək dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib. Belə ki, Baş İdarəyə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatması və pullarını ələ keçirməsi barədə əməliyyat məlumatları daxil olub.

Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri - Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri olkə daxilində “İnsuccess” (İnsakses) adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” (OKOS) beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.

Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.

Göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması, həmçinin dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.