• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 936
— 20.11.2021 12:01

Qarakənd faciəsindən 30 il ötür

KepezTV Player

1991-ci ilin 20 noyabrı. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilərin qanunsuz silahlı dəstələri tərəfindən törədilən növbəti terror. Azərbaycana məxsus hərbi helikopterin vurulması. Bu terror aktı nəticəsində ölənlər arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstanın daxili işlər nazirinin müavini Saylau Serikov, Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Bu hadisə Azərbaycan müstəqilliklə bağlı referendum keçirdikdən, oktyabrın 18-dən sonra törədilmişdi. Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından bu gün 30 il ötür.