• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1045
— 20.11.2021 12:03

Ağdamın azad edilməsindən bir il ötür

KepezTV Player

Bu gün Ağdamın işğaldan azad olunmasından bir il ötür. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycan tərəfinə təhfil verilib. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə olunub. **ŞUM**(<span style="color:red">(INTERVOICE ХР 00:00:32 )</span>) Ağdam işğaldan azad olunduqdan sonra ermənilərin viran qoyduğu, "Qafqazın Xirosiması" adlandırılan bu şəhərdə bərpa və quruculuq işlərinə başlanılıb. İşğaldan azad olunduğu bir il müddətində Ağdamda müsbətə doğru çox dəyişiklik baş verib, bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Azərbaycan Prezidentinin və dövlətinin məqsədi Ağdamı regionun ən gözəl şəhərlərindən birinə çevirməkdir. Artıq Ağdam şəhərinin Baş Planı hazırlanaraq təqdim edilib və bu planın həyata keçirilməsi istiqamətində işlər davam etməkdədir.