• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1313
— 19.11.2021 20:37

İcma əsaslı təhsil mərkəzləri yaradılacaq

KepezTV Player

UNİCEF-in Azərbaycandakı nümayəndə heyəti Gəncəyə səfər edib. Nümayəndəliyin rəhbəri Aleks Heikenslə Şəhər İcra Hakimiyyətinin başçısı Niyaz Bayramovun görüşündə Gəncədə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyət göstərdiyi vurğulanıb. Kəpəz və Nizami Rayonlarında qəyyumluq və himayəçilik komissiyalarının olduğu bildir ilib. Gəncədə uşaqların müdafiəsi sahəsində daim işlər görüldüyü, icma əsaslı mərkəzlərin fəaliyyət göstərdiyi də qonağın diqqətinə çatdırıb. Aleks Heiken hər bir uşağın  ən ali sülh və əmin-amanlıq içində yaşamasının vacibliyini önə çəkərək səfərinin məqsədi barədə qarşı tərəfi məlumatlandırıb. Əməkdaşlıq təklifi müsbət qarşılanıb.

Aleks Heiken UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri: Mən 4 aydır ki, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin olunmuşam. Azərbaycanın bölgələrinə səfərimin əsas məqsədi regionlarla tanış olmaq, eyni zamanda buradakı fəaliyyətimiz, layihələrimizin gedişatı ilə maraqlanmaqdan ibarətdir. Həmçinin, fürsətdən istifadə edib getdiyim şəhər və rayonlarda icra hakimiyyətinin rəhbərləri ilə, əhali ilə görüşərək biz tərəfdən görülən işlərlə bağlı rəyləri öyrənirəm. Bu günkü görüşümüzdə cənab başçı ilə əməkdaşlıq barədə danışdıq. Gələcəkdə Gəncədə hansı işləri görəcəyimizlə bağlı müzakirələr apardıq. Bilirsiniz ki, bizim təşkilatın əsas strategiyasında uşaqların hüquqlarının qorunması, onların müdafiəsi durur. Biz burada icma əsaslı təhsil mərkəzləri yaratmaq üçün təkliflər etdik və gələcəkdə bu istiqamətdə bir sıra işlər həyata keçirmək niyyətindəyik.