• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 16.11.2021 12:18

Bu gün Qərb derbisi var

KepezTV Player

Bu gün futbol üzrə 1-ci Divizionda 8-ci turun oyunlarına start veriləcək. Turun açılış, eyni zamanda mərkəzi görüşü Gəncədə keçiriləcək. "Kəpəz" doğma divarlar arasında əzəli rəqibi Turan Tovuzu qəbul edəcək. Qərb derbisi saat 14:00-da başlayacaq. Matç öncəsi "sarı-göylər" turnir cədvəlində 5-ci, tovuzlular isə 11-ci pillədə qərarlaşıb. Komandalar arasında 3 xallıq fərq var.