• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1110
— 15.11.2021 20:29

"Kostya dayı" anılıb

KepezTV Player

Gəncədə uşaq futbolunun inkişafında müstəsna xidmətləri olan Konstantin Abramenko anadan olmasının 98-ci il dönümündə anılıb. Hamının "Kostya dayı" kimi tanıdığı əməkdar bədən tərbiyəsi və idman işçini yetirmələri yad edib. Gəncə Futbol Veteranları İttifaqının üzvləri tərəfindən Abramenkonun Fəxri Xiyabanda olan qəbri ziyarət olunub, məzarın ətrafında təmizlik işləri aparılıb, ruhuna dualar oxunub. Allahdan rəhmət dilənib. Yetirmələri Azərbaycan futboluna bir neçə güclü oyunçu nəsli bəxş etmiş dahi mütəxəssislə bağlı xatirələrini bölüşüblər. Onun məşq bölməsindən çıxan futbolçuların "Kəpəz” və "Neftçi”yə göstərdikləri xidmətlərdan danışıblar. "Kostya dayı"nın vaxtilə çalışdığı "Lokomotiv” İdman Cəmiyyətinin Azərbaycan futbolunu daim istedadlarla təmin etdiyi qeyd olunub.