• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2225
— 15.11.2021 12:32

İki VAZ toqquşdu, sürücü öldü

KepezTV Player

Bu gün səhər saatlarında Tovuzun Dönük Qırıqlı kəndində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. "VAZ 21011" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində kənd sakini "011"in sürücüsü 59 yaşlı Hüseyn Zeynalov hadisə yerində dünyasını dəyişib. Eləcə də 6 nəfər - Ayşə Aslanova, Sabir Alıyev, Rəna Məmmədova, Əmrah Həsənov, Siyavuş Məmmədov və Məzahir Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiliblər. Xəstəxanada yaralılara ilkin tibbi yardım göstərilib və vəziyyətləri kafidir. Faktla bağlı araşdırma aparılır.