• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2217
— 14.11.2021 19:48

"Gəncə" Region Liqasında ilk qələbəsini qazandı

KepezTV Player

Futbol üzrə Region Liqasında 3-cü turun oyunları keçirilib. Tur çərçivəsində "Gəncə" evdə "Şəki"ni qəbul edib. İlk oyunda Nizami yurdunun digər kollektivi "Qoşqar"la heç-heçə oynayan, ötən tur istirahət edən "Gəncə" komandası qonaqlar qarşısında elə də çətinlik çəkmədən qalib gəliblər. Meydan sahibləri rəqibini 3:1 hesabıyla məğlub ediblər. Bu qarşılaşmadan sonra xallarının sayını 4-ə çatdıran "Gəncə" qrupda mövqeyini yaxşılaşdırıb. 4-cü turda komanda səfərdə Yevlaxı təmsil edən "Karvan"la üz-üzə gələcək.