Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			12.11.2021 17:08		
		"Kəpəz"in oyununun vaxtı məlum oldu
KepezTV Player
					  
					  					  				Futbol üzrə Azərbaycan kubokunda yeni mövsümün təqvimi açıqlanıb. 1/8 final mərhələsinin qarşılaşmaları iki günü əhatə edəcək. Təqvimə əsasən, "Kəpəz" dekabrın 11-də meydana çıxacaq. Gəncə klubu həmin gün Bakıda "Sabah"ın qonağı olacaq. Bu mərhələdə cütün taleyini 1 oyun həll edəcək. Xatırladaq ki, kubokun ötən mövsümündə bu mərhələdə də "sarı-göylər" səfərdə "Sabah" ilə qarşılaşıblar. Həmin görüşdə Nizami yurdunun təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək mərhələ adlamışdı.
- Baxış: 594

