• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 985
— 11.11.2021 10:50

Yaponiyanın 5G baza stansiyaları cihazları uzaqdan şarj edə biləcəklər

Verilmiş məlumata əsasən Yaponiyanın telekommunikasiya şirkəti olan SoftBank yeni nəsil texnologiyanın testinə start verib və həmin texnologiya vasitəsilə 5G stansiyalar elektron cihazları uzaqdan şarj edə biləcəklər. Bu barədə Nikkei saytı xəbər verib. Sözügedən texnologiya Kioto UniversitetiKanadzava Texnologiya İnstitutu və Yaponiya Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanır. Bu yeni texnologiyanın hazırlanması çərçivəsində xüsusi naqilsiz ötürücülərdən istifadə ediləcək.

Həmin ötürücülər isə 5G standartına sahib stansiyalar ilə birlikdə çalışacaqlar. SoftBank öz növbəsində 200.000 ədəd 4G baza stansiyasının təkmilləşdirilməsinə artıq start verib və həmin baza stansiyaları 5G dəstəyinə sahib olacaqlar. Məhz təkmilləşdirilmiş stansiyalar gələn ilin əvvəlindən başlayaraq uzaqdan smartfonları şarj etmək imkanına sahib olacaqlar. Bunun üçün istifadəçi sadəcə olaraq baza stansiyasına yaxınlaşmalı olacaq. Proses zamanı ötürülən siqnalın gücü 1 millivatt ilə məhdudlaşdırılıb.

Səbəb isə siqnalın insan orqanizminə mənfi təsir göstərməsinin qarşısını almaqdır. Hal hazırda şarj prosesi 10 metr məsafəyədək reallaşdırıla bilir. Lakin yaxın gələcəkdə bu göstəricinin 100 metrə yüksəldilməsi planlaşdırılır. Bu texnologiya öz növbəsində smart saatların, fitnes qolbaqların, qulaqlıqların və s. cihazların batareyalarını enerji ilə təmin edə biləcək. Hal hazırda bu texnologiyanın istifadəsi Yaponiyada qadağandır. Belə ki, müxtəlif dövlət qurumları tərəfindən ötürülən siqnallara maneə yaratmaq təhlükəsi var. SoftBank bildirib ki, yeni texnologiya 2025-ci ildə kütləvi bazarda təqdim ediləcək.