• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 10.11.2021 15:57

"Kəpəz"in kubokda rəqibi bəlli oldu

KepezTV Player

Futbol üzrə Azərbaycan kubokunda 2021/22 mövsümünün püşkü atılıb. Sayca 30-cu kubok uğrunda mübarizəyə 12 komanda qoşulacaq. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK də yarışacaq. Aşağı liqada çıxış edən "Turan Tovuz" isə ölkə kubokuna qatılmaqdan imtina edib. Püşkatma nəticəsində Gəncəni təmsil edən “Kəpəz” “Sabah”a rəqib olub. Sarı-göylər 1 oyundan ibarət olan 1/8 final mərhələsindəki qarşılaşma üçün səfərə yollanacaqlar. Bu turun oyunları 10-11 dekabra təsadüf edəcək. Kubokun final görüşü mayın 27-də keçiriləcək. Həlledici qarşılaşmanın oynanılacağı məkan isə hələlik məlum deyil.