• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 10.11.2021 09:53

Qəza zamanı iki nəfər xəsarət alıb

KepezTV Player

Bakının Sabunçu rayonunda avtoqəza zamanı iki nəfər xəsarət alıb. Yol qəzası Kürdəxanı qəsəbəsində qeydə alınıb. 45 yaşlı Əlizadə Əli İsmayıl oğlu idarəetməsində olan “Hyundai” markalı nəqliyyat vasitəsi ilə manevr etmək istəyən zaman Qasımov Ədalət Hidayət oğlunun sükanı arxasında olduğu “Mercedes” ona çırpılıb. Qəza nəticəsində hər iki sürücü xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.