• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 06.11.2021 19:02

Karantin qaydaları ilə bağlı monitorinq keçirilib

KepezTV Player

Gədəbəy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyat - avtobus və taksilərin yoxlanılması ilə bağlı monitorinq keçirib. Tədbirdə sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət edilib. Karantin qaydalarını pozan şəxslər barəsində inzibati protokol tərtib olunub. *** Bundan başqa, rayonun Moruxlu kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsi aşkar edilib. Kənd sakini 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.