• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1086
— 06.11.2021 19:20

ASAN könüllüləri Kəpəz TV-də

KepezTV Player

6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə Gəncə ASAN Xidmət Mərkəzinin bir qrup könüllüsü Kəpəz teleradio şirkətinin qonağı olub. Onlar şirkətin binasına ekskursiyası zamanı, iş prosesi ilə tanış olublar, işçilərin fəaliyyəti barədə məlumat əldə ediblər, efirn necə yayımlandığını görüblər. Xəbərlərin hazırlanması, proqramların ərsəyə gəlməsi, aparıcıların efirə çıxması, operatorların iş prosesi barədə könüllülərə məlumarlar verilib. Regionun ilk özəl televiziyasında regionun ilki olan Kəpəz FM-in fəaliyyəti onların diqqətini çəkib. Zövqlü musiqilər, xəbər buraxılışları, dinləyicilərin zövqünə oxşayan verlişlərin necə ərsəyə gəldiyi barədə danışılıb.