• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1617
— 06.11.2021 19:26

Vətən müharibəsinin arxa cəbhəsində mübarizə aparanlar

KepezTV Player

Bu gün noyabrın 6-sı, ölkəmizdə teleradio işçilərinin peşə bayramı günüdür. Məhz tarixin bu günü  Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Bu gün peşə bayramlarını qeyd edən həmkarlarımız qalib ölkənin jurnalistləri kimi öz günlərini yaşayırlar. Eləcə də ölkəmizin ilk özəl telekanalı olan Kəpəz TV-də çalışan ötən ilin bu günlləri informasiya savaşında idilər. Müharibədə qazanılan uğurlar, düşmənin vəhşiliyi, xalqın qələbə əzmi barədə dayanmadan çalışırdıq 1 il bundan öncə, elə bugünki kimi. 

44 günlük Vətən müharibəsi zamanı müxbir, redaktor, direktor anlayışları yox olmuşdu. Hamımız əsgər idik, ölkənin informasiya müharibəsində savaşan əsgər. Ön cəbhədə ordumuzun qələbələri sıraladığı barədə sevincli xəbərləri tamaşaçıya çatdıran, ermənilərin savaş bölgəsində uzaqda yerləşən şəhər, rayon və kəndlərimizi hədəf almaqla dinc sakinlərin həyatına son qoyması barədə məlumatları ürək ağrısı ilə təqdim edən, xalqımızın birliyini tərənnüm etdirən kəslər idik hamımız. Fədakarlar sırasında televiziyamızın əməkdaşları da yer alırdı. Həmin dövrün çətin günlərdə öz cəsarəti ilə seçilən şəxslər idik meydanda. Həyəcan dolu günlərdə xalqın həm sevincini, həm də kədərini bölüşən həmkarlarım həmin günləri belə xatırlayır..

Baş verən hadisələrin psixoloji ağırlığına baxmayaraq böyük hünər göstərən, insanlıq faciəsini olduğu kimi təqdim etməyə çalışan həmkarlarım hadisə yerində itkiləri öz gözləri ilə canlı şəkildə görüblər. Ancaq özlərini itirmək əvəzinə, yüksək sayıqlıqla baş verənləri ardıcıl şəkildə tamaşaçılara çatdırmağı özlərinə borc biliblər.

Bəzi hallarda öz ailələri ilə təmasda ola bilməyən fədakar jurnalistlər saatlarla yuxusuz qalsalar da peşə məsuliyyəti və baş verən hadisələrin ictimai əhəmiyyətini nəzərə alaraq vəzifələrinə məsuliyyətlə yanaşıblar.

Bu gün ölkə mətbuatı ictimai-siyasi və mədəni həyatımızın inkişafında mühüm rol oynayaraq, bizi böyük və mübariz xalq olaraq dünyaya tanıdır. Söz yox ki, biz mətbuat işçiləri də öz vəzifəmizin öhdəsindən layiqincə gəlib, milli mətbuatımızı dövlətçilik konsepsiyası əsasında uğurlarımızı davam etdirəcəyik. Çünki biz həm də qalib ölkənin mətbuatıyıq.

 

Valeh Anaroğlu