• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1550
— 04.11.2021 16:25

Məktəblilər paralimpiyaçı ilə görüşüb

KepezTV Player

Gənclər və İdman Nazirliyi yeni layihəyə start verib. “Çempionumuz” adlı idman layihəsi çərçivəsində region məktəblərində şagirdlərlə məşhur idmançılar arasında hər ay görüş keçiriləcək. İdmançıları tanıtmaq məqsədilə təşkil edilən bu cür tədbirlərdən ilki Gəncə şəhər Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə baş tutub. Təhsil ocağında Rio paralimpiadasının, eləcə də islam həmrəylik oyunlarının qalibi  paracüdoçu Ramil Qasımov məktəblilərlə görüşüb. Tədbirdə 40 yaşlı təcrübəli paralimpiyaçı idman sahəsində keçdiyi yolu, nailiyyətləri haqda danışıb. Daha sonra şagirdlər Ramil Qasımova karyerası barədə bir sıra suallar ünvanlayıblar. İdmançı isə öz növbəsində verilən sualları ətraflı cavablandırıb. Layihə çərçivəsində qarşıdakı aylarda digər məktəblərdə də Nizami yurdunun idman sahəsində tanınmış simaları ilə görüşlər təşkil ediləcək.