• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1293
— 03.11.2021 20:31

"Şən startlar"ın final mərhələsi keçirilib

KepezTV Player

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə Şən startlar adlı idman oyunlarının final mərhələsi keçirilib. 8 noyabr zəfər gününə həsr olunan yarışın rəsmi açılış mərasiminin ardından məktəblilər milli musiqi sədaları altında rəqs nömrələri nümayiş etdiriblər. Daha sonra isə pəhləvanlar xalça üzərində bacarıqlarını göstəriblər. Açılışın ardından oyunlara start verilib. Yarışda şərti olaraq Azərbaycan bayrağının - mavi, qırmızı və yaşıl rənglərinə bölünən 3 komanda mübarizə aparıb. Oyunlarda komandaların heyətində 4-ü qız və 6-sı oğlan olmaqla 5-ci sinif şagirdləri iştirak edib. Məktəblilər müxtəlif maneələrdən ibarət estafet yarışlarında qüvvələrini sınayıblar. Oyunların sonunda hər 3 komandanın xalları eyni olduğundan münsiflər heyəti tərəfindən hər üç kollektiv qalib elan olunub. İştirakçılar medal  və fəxri fərmanlarla mükafatlandırılıblar.