• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 699
— 02.11.2021 18:49

"Kəpəz" yenə xal itirdi

KepezTV Player

Futbol üzrə 1-ci divizionda 7-ci tura start verilib. Açılış günü “Kəpəz” səfərdə “Keşlə-2”nin qonağı olub. Qarşılaşmada hər iki tərəfin qol vurmaq şansları olub. Buna baxmayaraq ilk yarı qolsuz tamamlanıb. İkinci hissə isə gərginliyi ilə seçilib. Buna görə hər komandadan bir oyunçu qırmızı vərəqə alıb. Gəncəlilərdən 55-ci dəqiqədə Röyal Əhmədov, meydan sahiblərindən 62-ci dəqiqədə isə Kənan Cəfərov meydandan qovulub. Yekunda isə komandalar 0:0 hesablı sülh bağlayıblar. Bu görüşdən sonra “Kəpəz” 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.