• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1856
— 02.11.2021 19:43

Tikintisi yarımçıq qalan məktəb binası

KepezTV Player

Göygöl rayonunda təhsil sahəsində əldə edilən uğurlar barədə çox danışmaq olar. Ancaq qazanılan uğurlardan başqa tikintisi yaddan çıxan məktəb binası da var. Binanın tikintisinə və orada təhsil alan şagirdlərin təhsilinə mane olan səbəbləri əməkdaşımız Valeh Anaroğlunun materialı vasitəsi ilə biləcəyik.

Solumda gördüyünüz məkan Topalhəsənli kənd tam orta məktəbidir.Sağımda gördüyünüz məkanda isə sözügedən məktəbin yeni binası tikilməlidir.Sadəcə olaraq müəyyən səbəblərə görə binanın tikintisi yarımçıq qalıb. Bu da həm burada təhsil alan şagirdləri, onların valideynlərini, həm də pedaqoji heyəti narahat edir.

Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbi üçün nəzərdə tutulan yeni məktəb binasının tikintisinin dayandırılması kənd sakinləri arasında böyük narazılığa səbəb olub.

250-dən artıq şagirdin təhsil aldığı məktəb binasında sinif otaqlarının az olması tədrisin səviyyəsinə də təsirsiz ötüşmür. Şagird sayı çox olduğundan məktəbdə dərslər iki növbəli şəkildə keçirilir. Bu da pedaqoji heyət üçün çətinlik törədir.

Məsələ ilə əlaqədar rayon təhsil şöbəsindən mövqe bildirilmədi, ancaq rayon icra hakimiyyətindən cavab ala bildik.

Məktəbin tikintisi ilə bağlı aidiyyəti qurumlar tərəfindən tələb olunan addımın atılıb-atılmayacağı zaman məsələsidir.

 

Valeh Anaroğlu