• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2114
— 02.11.2021 19:46

Şəhid oxuduğu məktəbdə anılıb

KepezTV Player

Vətən müharibəsi şəhidi, müddətdən artıq hərbi xidmət edən çavuş İsmayıl Qabilovun xatirəsi oxuduğu Kəlbəcər rayon 8 saylı orta məktəbdə yad edilib. Rayonun Mozqaraçanlı kəndində anadan olan İsmayıl Qabilov 1993-cü ildə yaxınları ilə birlikdə öz ata baba torpaqlarından didərgin salınıb. Uşaqlıqdan hərbiyə marağı olan İsmayıl xidməti dövründə nizam intizamı, qorxmazlığı və döyüşkənliyi ilə seçilib. Elə Vətən müharinəsi başlayanada da öndə vuruşub. Düşmənin texnikalarını, canlı qüvvələrini məhv edib. Ağır gedən döyüşlərin birində isə İsmayıl Qabilov qəhrəmancasına şəhid olub. Onun göstərdiyi igidlik dövlət tərəfindən də yüksək qiymətləndirilib. Ölümündən sonra İgidliyə və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Tədbirə orta məktəbin şagirdləri şeirlər səsləndirib, ədəbi bədii kompazisiya nümayiş etdiriblər.