• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2223
— 02.11.2021 16:19

Teatr yeni mövsümə komediya ilə başlayıb

KepezTV Player

Gəncə Dövlət Dram Teatrında yeni mövsümün açılışı olub. Teatrsevərlərə "Müsyö Jordan və Dərviş Məstəli Şah" tamaşası nümayiş olunub. Yenidən Mirzə Fətəli Axundovun bu əsərinə müraciət edən teatr truppası uzun müddət idi ki, tamaşanı səhnədə nümayiş etdirmirdi. Artıq 2 ilə yaxındır tamaşaçılarla görüşməyən aktyorlar səhnə əsərinin təqdimatına xüsusi həvəslə hazırlaşıblar. Bir pərdəli komediyada xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Rəhilə Məmmədova, İlham Hüseynov, Elxan Abbasov, aktyorlar Samir Abbasov, Günay Verdiyeva, Elşad Əhmədov, Rauf Hüseynov və İlahə Cabbarova rol alıblar. Tamaşaçılar pandemiya qaydalarına uyğun olaraq zala buraxılıblar.