• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 02.11.2021 12:26

İsrailin səfiri Gəncəyə səfər edib

KepezTV Player

İsraillə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq əlaqələrindən Gəncədə söhbət açılıb. Səfir Corc Diklə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun görüşüdə əməkdaşlığın inkişafına yeni çalarların qatılması müzakirə edilib. Azərbaycanın yəhudi icmasının aktiv fəaliyyət göstərdiyi yeganə müsalman  ölkəsi olduğuna diqqət çəkilib. İsrailin ölkəmizdəki səfiri ermənilərin ötən il Gəncəyə atdığı raket zamanı dağılan əraziyə də baş çəkib. 44 günlük vətən müharibəsində ermənistanın şəhərin dinc sakinlərini raket zərbələri ilə qətlə yetirdiyi, nəticədə 26 nəfərin şəhid olduğu bildirilib. Onlardan 6 nəfəri uşaqdır. Həmçinin 4 uşaq hər iki valideynini itirib. Səfir Gəncəyə səfəri çərçivəsində Uşaq Evində olub, şəhərdə fəaliyyət göstərən Yəhidi icmasının üzvləri ilə görüşüb.

Corc Dik - İsrailin Azərbaycandakı səfiri: Bir il bundan əvvəl bura səfər etmişdim. Mülki insanların yaşadığı əraziyə atılan zərbələrin nəticələri ilə tanış oldum. Bir il sonra bura yenə gəldim və görüdüm ki. dağıntılar yenə yerindədir. Burada indi ümid və gələcəyə baxış gördüm. Gördüm ki insanlar qorxmayıb və həyata davam edirlər. Hökümətdə kömək edir və yeni yaşayış binaları tikilir. İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və yenə bu ərazi bütövlüyü bərpa olunandan sonra biz Azərbaycanın yanında olaraq əraziləri bərpa etməyə yenidən tikməyə kömək etmək istəyirik. Əməkdaşlığı davam etmək istəyirik. Səfər çərçivəsində uşaq evinə gedəcəyik və uşaqlarla vaxt keçirib onlara hədiyyələr təqdim edirik. Həmçinin istilik sistemi də təqdim edəcəyik bu simvolik olaraq bir jestdir. Bundan əvvəl gələndə zərər çəkənlərə də istilik sistemi vermişdik. Həm Azərbaycana həm də bu bölgədə yaşıyan digər dövlətlərədə kömək etmək istəyirik ki, sülh içində yaşasınlar.