• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1104
— 02.11.2021 12:10

Kəlbəcər rayonunun Göydərə kəndi

KepezTV Player

MN erməni işğalından azad olunan Kəlbəcər rayonunun Göydərə kəndindən görüntülər təqdim edib. Kənd dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə həmin rayonun Kilsəli kəndindən gəlmiş ailələr Göydərə adlı yerdə salıblar. Dərə isə süxurlarının rəngi göyə çaldığına görə belə adlandırılıb. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilən yaşayış məntəqəsi 44 günlük Vətən müharibəsinin nəticəsinə əsasən imzalanan 3 tərəfli bəyanatdan sonra azad olunub.