• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 775
— 02.11.2021 12:05

Şuşa şəhərinin istilik sistemi qışa tam hazırdır

KepezTV Player

Şuşa şəhərinin istilik sistemi qışa tam hazırdır. Şəhərin bir sıra obyektlərinin istilik mövsümündə isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması vəziyyətinin yoxlanılması həyata keçirilib. Energetika naziri Pərviz Şahbazov Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və digər nümayəndələrlə birgə Şuşanın qış fəslinə hazırlığı çərçivəsində "Azəristiliktəchizat” ASC-nin istilik qazanxanalarına baxış keçirib, görülən işlərlə tanış olub.