Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.11.2021 12:01
Vətən müharibəsinin xronikası: 2 noyabr
KepezTV Player
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnib. Vətən müharibəsinin 37-ci günü Prezident İlham Əliyev Twitter"də Zəngilanın Dərə Gilətağ, Böyük Gilətağ kəndləri, Cəbrayılın Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri, Qubadlının İşıqlı, Muradxanlı, Milanlı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayıb. Ermənistana Ordusuna məxsus 4 BM-21 Qrad qurğusu və Tərtərin Çardaqlı kəndi istiqamətində isə 1 ədəd “KUB” zenit-raket kompleksi məhv edilib.
- Baxış: 419