• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 01.11.2021 22:33

Ekoloji park yaradılır

KepezTV Player

Respublikamızda ilk dəfə olaraq Gəncədə ekoloji park yaradılacaq. Layihəsi hazır olan kopmleks müsairliyi və dizaynı ilə fərqlənəcək. Sakinlərin rahatlığı üçün bu məkənda hər cür şərait yardaılacaq.

Ekoloji park kopmleksi Gəncənin Əli Məmmədov küçəsində, şəhər Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində yaradılacaq. Gəncəçayın sağ sahilində 11 ha ərazini əhatə edəcək parkda gülçülük üçün istixana komleksi inşa ediləcək. Burada müxtəlif növ gül-çiçək, eləcə də ağac ştilləri yetişdiriləcək.

Nazlı Bağırova Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsinin rəisi: Yeganə şəhərin gülçülüyünü təmin edən bazadır. Ekoloji parkın üstünlükləri də  burada çoxdur. Burada müxtəlif növ ağaclar, gül-çiçəklər yetişdirilir və şəhərin parklarına göndərilir. Burada həmçinin yerli sorta uyğun olan qızıl gül, eləcə də digər çiçəklərimiz yetişdirilir.

Kompleksdə insanların özlərini rahat hiss etmələri, asudə vaxtlarını səmərəli keçirmələri üçün tədbirlər də nəzərə alınıb. Parkda əyləncə mərkəzləri, idman qurğuları, iaişə obyektləri və bir sıra yeniliklərin edilməsi də planlaşdırılır.

Elmar Əzizov  Yaşıllaşdırma şöbəsinin rəisi: Poni atları üçün atçılıq mərkəzi yaradılacaqdır. Balıqlar üçün akvarumda olacaqdır ki, insanlar burada rahat dincələ biləcəklər. Burada ağaclara tinglərə qulluq edən insanların istirahəti üçün də şərait yaradılacaqdır. Əməyin yüngülləşdirilməsi üçün müasir texnikalar gətiriləcəkdir. Oranın işçiləri ancaq parka xidmət edəcək qalanları isə digər persanajlar olacaqdır.

Gəncədə ekoparkın inşasına gələn ilin əvvəlindən başlamaq nəzərdə tutulur. Ümumilikdə şəhərdə 14 park və istirahət güşəsi var. bu məkanların yaşıllıqlarla təmin edilməsi üçün Gülçülük təsərrüfatında 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növdə ağaclar yetişdirilir.

Elnur Vahidoğlu