• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1884
— 01.11.2021 22:24

Şəhidin xatirə kompleksi yaradılıb

KepezTV Player

Göygöl rayonun Üçtəpə kəndində şəhid Eşqin Tağıyevin anım günü ilə bağlı stendlərdən ibarət xatirə kompleksin açılışı olub. Kəlbcər rayonun Dəmirçidam kəndindən olan Eşqin hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq qulluqçu kimi ordu sıralarında xidmətini davam etdirib. Çavuş olaraq 6 il xüsusi təyinatlı kimi çalışan Eşqin Tağıyev igidliyi, qəhrəmanğı, şücayəti ilə seçilib. Aprel döyüşlərində Lələtəpənin azad edilməsində fədakarlıq göstərdiyi üçün diplom və xatirə hədiyyələri ilə təltif edilib. Vətən müharibəsində Murovdağ ətrafında gedən döyüşdə yaralansa da sağalaraq yenidən döyüşə atılıb. Qubadlı, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Xocavənd uğrunda gedən döyüşdə şəhadətə ucalıb. Tədbirdə şagirdlər şəhidlərə, vətənə aid şerlər səsləndirdikdən sonra stendlərdən ibarət xatirə kompleksinə baxış olub, şəhidin xatirəsi hörmətlə anılıb.