• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1980
— 01.11.2021 22:09

Prezident və xanımı İsmayıllıya səfər edib

KepezTV Player

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonuna səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar.Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub.Başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışı da olub.İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir.Bundan başqa İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib.720 şagird yerlik yeni məktəb binası 5 korpusdan ibarətdir.

​Prezident və xanımı Şamaxıya səfər edib

Prezident və birinci xanım Şamaxı rayonunda da səfərdə olublar.“Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub.Bu sistem regionların dispetçer xidmətinin operativliyini təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.Səfər zamanı 7 saylı körpələr evi-uşaq bağçası, Yaradıcılıq Mərkəzi,Çarhan kənd tam orta məktəbi istifadəyə verilib.

Şamaxı şəhər stadionu və Üzüm Tingçilik Mərkəzi açılıb.

Pirsaat Baba ziyarətgah-məscid kompleksinin də bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanışlıq zamanı ictimai nəqliyyatdakı yeni ödəniş modelinin müsbət tərəflərindən danışılıb. Əməkhaqqı, pensiya kredit kartları, hətta həmin kartların bağlandığı mobil telefon, mobil saat, smart saat və digər qurğular vasitəsilə nəqliyyatda ödəniş edilə bilər.