• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1346
— 30.10.2021 20:46

"Gözün aydın, Qarabağım" poeması ictimaiyyətə təqdim edilib

KepezTV Player

Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhərin Mərkəzi Kitabxanasında şair, publisist Bəxtiyar Muradovun “Gözün aydın Qarabağım” adlı poemasının ictimayyətə təqdimatı olub. Uzun müddət mədəniyyət sahəsində çalışan Bəxtiyar Muradov 5 poemanın müəllifidir. Bədii yaradıcılığa gənc yaşlarından başlayaraq şeirləri  “Pəncərə”, “Ovqat”,” Şəfəq”, “Ana kür”, və s. ədəbi almanaxlarda, “Yurddan səslər”, “Mədəni Həyat” Jurnallarında eləcə də müxtəlif qəzetlərdə dərc olunub. Vətənpərvərlik mövzusunda yazdığı şeirləri, yüzlərlə bayatıları, publisistik məqalələri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanıb. Həmçinin müstəqillik, vətənpərvərlik, Azərbaycançılıq, Türkçülük ideyası, milli adət-anənələr, soykökünə bağlılıq onun yaradıcılığının əsas motivini təşkil edib. Bəxtiyar Muradovun hazırda 2 kitabı çapa hazıralnır. Tədbirdə Gözün aydın Qarabağ poemasından şagirdlər parçalar nümayiş etdirib, mahnılar səsləndiriblər.