• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1591
— 30.10.2021 21:24

Gənc rejissor beynəlxalq festivalda ölkəmizi təmsil edib

KepezTV Player

Maltepe Bələdiyyəsinin bu il üçüncü dəfə ev sahibliyi etdiyi “3- cü Beynəlxalq Teatr Festivalı” sənətsevərləri bir araya gətirib. Mədəniyyət və incəsənətin yeni ünvanı şüarı ilə yola çıxan festival çərçivəsində yerli və xarici 14 əsər teatrsevərlərə təqdim olunub. Gəncə Dövlət Dram Teatrının gənc rejissoru Elşad Əhmədov da bu festivalda ölkəmizi təmsil edib.

Festivalda Ukrayna, Rusiya, Özbəkistan, İspaniya, Kipr və Türkiyənin müxtəlif dövlət və bələdiyyə teatrları iştirak ediblər. Aktyor, rejissor və rəssam tandemi üçün qarşılıqlı əməkdaşlıq festivalda diqqət mərkəzində olub. İştirak edən teatr qruplarının təqdimatları beynəlxalq münsiflər tərəfindən ümumilikdə 10 nominasiya üzrə qiymətləndirilib.

Elşad Əhmədov Gəncə Dövlət Dram Teatrının rejissoru: Qarşılıqlı münasibətlərin qurulması, digər dövlətlərin tamaşalarına baxmaq, onların aktyorlarının iş formatı ilə tanış olmaq,rejissor mübadiləsi, aktyor mübadiləsi, rəssam işi ilə tanış olmaq, səhnə dekorasiyası, ilə tanışlıq prosesi oldu. Yaradıcılıq mübadiləsinin formalaşması və təşkil olunması üçün önəmlidir bu kimi festivalların keçirilməsi.

Festival çərçivəsində ustad dərsləri də təşkil olunub. Azərbaycanı təmsil edən Gəncə Dövlət Dram Teatrının rejissoru Elşad Əhmədov “Aktyor müşahidəsi və xarakter analizi” adlı ustad dərsləri keçib.

Elşad Əhmədov  Gəncə Dövlət Dram Teatrının rejissoru: 3-cü Uluslararası Maltəpə festivalında azərbaycanı mən təmsil edirdim, Gəncə Dövlət Dram Teatrının rejissoru olaraq. Mən həm juri heyətində idim həm də ki ustad dərsi verirdim aktyor müşahidəsi başlığı altında biz ustad dərsləri keçdik. Bu dərslər 2- 3 gün müddətində davam elədi. Festivalla bağlı təəsüratlarım çox yaxşı oldu.  Festival komitesi hər bir gələn xarici dövləti çox yüksək səviyyədə qarşıladı. Festival ümumiyyətlə daha da böyük sərhədlərə malik insanları dəvət elədi.

12 ölkədən olan 200-dən çox teatr işçisini bir araya gətirən, sənətsevərlərin böyük maraq göstərdiyi səhnə tamaşaları teatrsevərlər tərəfindən maraqla qarşılanıb.