• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 30.10.2021 20:56

Nizami ili çərçivəsində görüş

KepezTV Player

Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları Füzuli və Şuşadan sonra Nizami ili çərçivəsində Gəncədə olublar. 20-yə yaxın ölkədən rəsmi şəxslərin, investorların və startapçıların iştirak etdiyi səfərdə qonaqlar ilk olaraq Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Burada dahi şair haqda sammit iştirakçılarına geniş məlumat verilib. Onlar ulu şeyxin məqbərədəki məzarına güllər düzərək ruhuna dualar oxuyublar. Daha sonra xarici qonaqlar Gəncə Dövlət Flarmoniyasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbirdə iştirak ediblər. “Xalq” çalğı alətləri orkestri, eləcə də Dövlət Mahnı və Rəqs ansamblının ifasındakı çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.