• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 30.10.2021 20:46

Şəhid ailələri və qazilərlə görüş keçirilib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhid ailələri və qazilərlə görüşüb, onların şikayət və təkliflərini dinləyib. Pandemiya qaydalarına uyğun şəkildə baş tutan görüşdə Gəncədən olan millət vəkilləri, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Şəhid ailələri və qazilərin müraciətləri tək-tək dinlənilib. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, müalicə üçün göndərişin verilməsi və digər məsələlər təşkil edib. Dilə gətirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilib.