• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 30.10.2021 20:25

Şəhid müəllimlərin xatirəsinə keçirilən olimpiadaya yekun vuruldu

KepezTV Player

Vətən müharibəsində Gəncənin orta məktəblərində çalışan və şəhid olan müəlimlərin xatirəsinə keçirilən olimpiadanın şəhər mərhələsi başa çatıb. 14 nömrəli orta məktəbin riyaziyat müəllmi Rabil İsmayılov və 16 nömrəli məktəbin tarix müəllimi Rəşad Məmmədovun xatirəsinə təşkil edilən olimpiadanın rəsmi hissəsində şəhadətə ucalan müəllimlərin keçdiyi şərəfli döyüş yolundan danışılıb. 44 günlük vətən müharibəsində Gəncədən 15 müəllimin torapqlarımızın azadlığı və ərazi bütövlüyümüz üçün döyüşə atıldığı vurğulanıb. Bu müəllimlərdən 2-i şəhid, 13 nəfər isə qazi olub. Onların keçdiyi döyüş yolu isə gələcək nəsillər üçün əsl qəhrəmanlıq səlnaməsidir. Bu cür olimpiadaların keçirilməsi isə şəhid müəllimlərin xatirəsini əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Gəncə şəhər Təhsil İdarəsi tərəfindən şəhərin 7-8-ci sinif şagirdləri arasında keçirilən bilik yarışının şəhər mərhəslində riyaziyyat fənni üzrə 101 şagird, tarix fənnindən  isə 150 şagird iştirak edib. Hər iki fəndən iştirakçılara 90 dəqiqə ərzində 5 açıq tipli sual verilib. Olimpiadanın yekununda yer tutan şagirdlərə medal və xatirə hədiyyələri təqdim ediləcək. Qalib gələn şagirdlər noyabırın 5-də Zəfər gününə həsr edilən  tədbirdə mükafatlandırılacaq.