• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1468
— 26.10.2021 20:48

ABŞ səfiri əməkdaşlıqda maraqlıdır

KepezTV Player

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Gəncəyə səfər edib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşən diplomata Gəncə haqda, şəhərdə gedən inkişaf barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın ikinci böyük şəhəri Nizami Gəncəvi və bir sıra görkəmli dahilərin diyarıdır və coğrafi baxımdan starteji ərazidə yerləşir. Gəncəyə ikinci dəfə səfər edən səfir isə öz növbəsində bildirib ki, burada bir çox yerləri gəzib və göz oxşayan tarixi abidələrlə tanış olub. Həmçinin diplomat söyləyib ki, əhalinin küçələrdə, ticarət mərkəzlərinin yaxınlığında aktivliyi onu göstərir ki, şəhərdə iqtisadiyyat yaxşı inkişaf edib. Görüşdə gələcəkdə əməkdaşlıq barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.