• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1297
— 23.10.2021 15:47

Pandemiya qaydalarına əməl olunmasına nəzarət

KepezTV Player

Koronavirus infeksiyasının kütləvi şəkildə yayılmasının qarşısının alınması məqsədilə Tovuz rayon Polis Şöbəsinin əməkdaşları da rayon ərazisindəki market və digər ticarət obyektlərində, həmçinin əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirlər keçirib. Tədbirlərdə tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Daha sonra yoxlamalar ictimai nəqliyyatda davam etdirilib. Keçirilən monitorinq zamanı yol polisi sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi barədə tövsiyələr verib, sərnişinlərə tibbi maska paylanılıb, qaydalara əməl etməyən 30-a yaxın şəxs barəsində intizam tənbeh tədbirləri yerinə yetirilib. Rayon ərazisində keçirilən toy və yas məclislərində pandemiya tələblərinin pozulması halları da aşkarlanıb. Belə ki, oktyabr ayı ərzində qaydaları pozan 26 toy məclisində 6300 manatlıq, 31 yas mərasimində isə 6200 manatlıq cərimə protokolları tərtib edilib.