• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 23.10.2021 15:50

Genişmiqyaslı reyd təşkil edilib

KepezTV Player

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları pandemiya qaydalarına əməl olunması ilə bağlı reyd keçiriblər. Genişmiqyaslı xarakter daşıyan yoxlamalara ictimai nəqliyyatdan başlanıb. Sərnişin daşıyan avtobus və mikroavtobus, eləcə də taksilərin sürücülərinin tibbi maskadan istifadəsi və covid pasportunun olub-olmasına nəzarət edilib. Eyni zamanda yoxlamalar iaşə müəssisələri sayılan aptek və iri ticarət obyektlərində də həyata keçirilib. Reyd zamanı sözügedən qapalı məkanlarda və ictimai nəqliyyatda polis vətəndaşlarla maaarifləndirici söhbətlər aparıb, infeksiyanın yayılmasının qarşısını almaq üçün mütləq qaydada verilən göstərişlərə əməl etməyin vacib olduğu izah olunub. Reyddə pandemiya qaydalarını pozaraq qanuna tabe olmayan sərnişin, sürücü, satıcı və alıcılara qarşı protokol tərtib edilib. 10-a yaxın şəxs müvafiq maddəyə əsasən inzibati qaydada cərimələnib.