• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2341
— 21.10.2021 19:42

Odun tədarükü aparılır

KepezTV Player

Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən qışa hazırlıq məqsədilə odun tədarükü davam edir. Hazırda bioloji inkişafdan qalan, köküstə quruyan, əyilən ağaclar tədarük məqsədilə kəsilir. İndiyə kimi 2415 kub metr odun təyinatı üzrə təhvil verilib.

Odun tədarük edilməzdən əvvəl meşədə baxış keçirilir. Baxış zamanı xəstə, yararsız, inkişafdan dayanmış bu cür ağaclar nömrələnir. Daha sonra həmin nömrələnən ağacın kəsilməsinə qərar verilir.

Ağacların kəsimi zamanı təhlükəsizlik qaydaları da diqqətdən kənarda saxlanılmır.

Kəsilən ağaclar mərkəzin işçiləri tərəfindən doğrandıqdan sonra xüsusi ayrılan anbarlara daşınır. Tədarük olunan odun hərbi hissələr, xəstəxana, təhsil müəsisələri və fərdi şəxlərə göndərilir.

Odunların tədürükündə yerli icra nümayəndələrinin, bələdiyyələrin köməyindən də istifadə edilir. Odun əldə etmək istəyən vətəndaşlar və təşkilatlar Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər.  Ümumilikdə Mərkəz 23 min 436 ha meşə ərazisinə xidmət edir.

 

Elnur Vahidoğlu