• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 20.10.2021 20:51

Yem bazası üçün yeni buğda növü əkilir

KepezTV Player

Heyvandarlığın inkişafında yem bazası əsas amillərdən biri hesab olunur. Çünki keyfiyətli yem heyvandarlıqda bol məhsul götürməyə imkan verir. Elə bunun üçün də Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda payızlıq taxıl əkinində ilk dəfə olaraq xaricdən gətirilən yüksək keyfiyyətli buğda sortundan istifadə olunur. Dəmyə şəraitində bitəcək bu bitkinin səpinindən sonra digər paxlalı bitkilərin əkini də aparılacaq.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda 23 ha ərazidə “Cəlilabad 19”  arpa növünün  əkini yekunlaşıb. 40 ha-da isə dəmyə şəraitində xaricdən gətirilən "Tanya" buğda növü səpilir. Hektara 3 tona yaxın məhsul verən bu növ yerli iqlimə öyrədilmiş və ixtisaslaşmış bir sortdu. Əkindən əvvəl isə sahədə səpinə hazırlıq aparılıb və  torpağa mineral eləcə də üzvi gübrələrin verilməsi aparılıb. Hazırda isə bol məhsul götürmək üçün hektara 100 kq amaofos gübrəsi verilir.

Niyaz Abbasov  HETİ-nin böyük elmi işçisi: Heyvandarlıq Elmi Tədqiqat İnistitunda saxlanılan heyvanların yem bazasını təmin etmək üçün səpin aparırıq. Payızlıq buğdanın dənini götürəndən sonra heyvandarlığın yemlənməsi üçün onun köşənindən də saman kimi istifadə edirik. Dəmyə şəraitinə uyğunlaşmış tanya buğda sortundan istifadə edirik. Hektara dəmyə şəraitində 3 tona yaxındır ki, bu da 25-30 sentnerdi. Rubin peraparatı ilə səpin aparırıq. Hektara 200 kq səpin edirik.

Elşən Əliyev  mexanizator: Elə neçə illərdir ki, İnistitun bu texnikasında işləyirəm. Artıq iki gündür ki, taxılın səpininə başlamışıq. Hazırda da buğda səpirik. Günədə 15-18 hk taxıl səpirəm. Texnikanın da hamısı sazdı, hər şey yaxşıdır işimizdə gedir.

Bundan sonra isə heyvanlar üçün əsas qida növlərindən sayılan  digər paxlalı bitkilər də əkiləcək. Belə ki, 10 ha əraziyə xaşa, 5 ha-a qarğıdalı, 2 ha-a soya və  4 ha-a isə sorqu bitkiləri səpiləcək. Ötən il isə əkilən bu növ bitkilərədən bol məhsul götürülüb.

Niyaz Abbasov  HETİ-nin böyük elmi işçisi:  Ötən il qarğdalı bitkisi əkdik və bunu yaşıl yem kimi biçib heyvanlara verdik. Bu da heyvanların yem rasionuna daxil olur. A vitamini olduğu üçün həm süd həm ət həm də çoxlma sayına təkan verir. Sorqu bitkisi səpmişdik. O da tərkibinə görüə heyvandarlıqda böyük əhəmiyyət kəsb edir. Keçən il soya bitkisi səpdik. 1 illik paxlalı bitkidir. Hektardan 25 sentnerə qədər məhsul aldıq. Gələcəkdə planlaşdırmışıq ki, onu iri sahələrdə becərək.

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda əkinə yararlı 233 ha dəmyə torpaq sahəsi var ki, bunun 73 ha-da əkin aparılır. Qalan sahə isə dincə qoyulub. Ötən il əkilən 80 ha ərazidən ümumilikdə 35 snetnerə yaxın məhsul götürülüb.

Elnur Vahidoğlu