• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2360
— 20.10.2021 20:36

Naxçıvanda hərbi hissələr qışa tam hazırdır

KepezTV Player

Naxçıvan Qarnizonu Qoşunlarında qışa hazırlıq tədbirlər görülüb.Hərbi hissələrdə təchizat və təminat işləri aparılıb, silah və texnikanın payız-qış mövsümünə uyğun istismar şəraitinə keçidi təşkil olunub.Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Bölmələrdə əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri salınaraq dayaq məntəqələri təkmilləşdirilib. Mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında hərəkət yolları yenidən çəkilib və mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib. Hərbçilərimiz isti geyim və keyfiyyətli ərzaqla təmin olunurlar. Soyuq havalarda virus infeksiyalarının və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə hərbi hissələrin xəstəxana və tibb məntəqələri bütün tibbi ləvazimatlarla təchiz edilib.