• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 19.10.2021 19:54

Gənclərə könüllülük və qrant imkanları ilə bağlı təqdimat keçilib

KepezTV Player

“GəlSƏN” layihəsi çərçivəsində gənclərin könüllülük fəaliyyəti, Gənclər Fondunun Fərdi layihələr, xaricdə təhsil və təklif etdiyi digər imkanlarla bağlı təqdimat baş tutub. Təqdimat zamanı Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənclər üçün yaratdığı imkanlar, təşkil etdiyi fəaliyyətlər və gələcəkdə həyata keçiriləcək layihələrlə bağlı məlumatlar verilib. 50 gəncdən ibarət tələbənin iştirakı etdiyi layihə Gəncə Dövlət Universitetində həyata keçirilib. Layihənin davamı Gəncədə yerləşən digər ali və orta ixtisas təhsili müəssisələrində təşkil olunacaq. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi 20 fevral 2021- ci ildən fəaliyyət göstərir və əsas fəaliyyət  istiqamətləri gənclərin şəxsi və peşəkar inkişafını təmin etmək, onları fəal könüllülük fəaliyyətinə cəlb etməkdir.