• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1617
— 19.10.2021 15:53

Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb

KepezTV Player

Azərbaycanda QİÇS-in ilk dəfə qeydə alındığı 1987-ci ildən 2021-ci ilədək Respublika QİÇS-lə Mübarizə Mərkəzinə rəsmi olaraq 7552 immunçatışmazlığı infeksiyası ilə yaşayan xəstə qeydiyyata alınıb. Onlardan təxminən 70 faizi kişilər təşkil edir. Azərbaycanın qanunvericilik aktları üzrə İİV-infeksiyasının diaqnozu klinik, laborator və epidemioloji məlumatlar əsasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ekspert Şurasının qərarı ilə qəbul edilir və təsdiqlənir. Yoluxma təsdiq olunan insanlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər, onlar burada qeydiyyata alınır və həmin vaxtdan etiotrop antiretrovirus terapiyasına qoşulur.