• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2382
— 19.10.2021 16:03

“Azərbaycanı kəşf et – gələcəyə gedən yol”

KepezTV Player

“BBC World News” televiziya kanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır. 200-dən çox ölkədə 450 milyon izləyicisi olan “BBC World News” telekanalında nümayiş etdirilən videoçarxda zəngin mədəni irsə malik olan, keçmişlə gələcəyin astanasında yerləşən Azərbaycanın tarixi və müasir memarlıq abidələrindən, füsunkar təbiətindən, nəqliyyat və texnoloji imkanlarından, ölkəmizdəki sürətli inkişafdan bəhs edilir. Eyni zamanda, videoçarxda Şuşanın gözəl mənzərəli dağlarına, görkəmli sənət xadimləri - Xurşidbanu Natavan, Üzeyir Hacıbəyov, Bülbülün Şuşadakı büstlərinə dair kadrlar da yer alıb. Videomaterialda Azərbaycanda təkcə məscidlərin deyil, kilsə və sinaqoqların da qorunub saxlanıldığı vurğulanır. Videoçarx ölkəmizin tarixi, milli-mədəni irsi, habelə müasirliyi və dinamik inkişafı ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, turistlərin və investorların ölkəyə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.