• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2032
— 19.10.2021 12:20

Prezident Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanı qəbul edib. Görüşdə Qordan Grliç Radmanın Azərbaycana səfərinin ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılması üçün yaxşı imkan yaratdığı bildirilib, Azərbaycan-Xorvatiya əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb, turizm sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, enerji, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Söhbət zamanı Xorvatiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində iştirakda maraqlı olduqları da bildirilib. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinə toxunulduqda, Xorvatiyanın bu məsələdə hər zaman Azərbaycanı dəstəklədiyi vurğulanıb.

Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçoku qəbul edib. Azərbaycanla Slovakiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, siyasi təmasların fəal olduğu vurğulanıb. Korçok Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və yenidənqurma layihələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib.

Dövlət başçısı Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı da qəbul edib. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib, qurumun Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb, ölkəmizin Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu qeyd edilib.