• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 19.10.2021 09:55

Ceyhun Bayramov NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirizin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, Azərbaycan Hökuməti tərəfindən azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat təqdim edib. Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğu NATO rəsmisinin diqqətinə çatdırılıb. Xavyer Kolomina Piriz NATO-nun Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edib.