• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1916
— 19.10.2021 09:45

Vətən müharibəsinin xronikası: 19 oktyabr

KepezTV Player

Bir il öncə, senyabrın 27-i başlayan Vətən müharibəsinin 23-cü günü Prezident İlham Əliyev "Twitter"də Cəbrayılın Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayıb. Ordumuz cəbhənin müxtəlif istiqamətlərində ermənilərin canlı qüvvəsini, 2 tankını, 2 “Qrad” YARS, 2 haubitsa topunu və 11 ədəd avtomobil texnikasını məhv edib. Ermənilərin 1-ci motoatıcı alayının şəxsi heyəti mövqelərini ataraq geri çəkilib, 5-ci dağatıcı alayın şəxsi heyətinin bir qismi məhv edilib. Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutub. Düşmən atəşi və top mərmisi düşməsi nəticəsində mülki əhalidən yaralananlar olub. *** Ermənilərin Xızı istiqamətində yönəltdiyi raket zərərsizləşdirilib. Raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsəfəyə səpələnib.