• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2166
— 18.10.2021 22:15

“Gəncənin memarlıq salnaməsi" kitabının təqdimatı

KepezTV Player

Gəncədə professor Rayihə Əmənzadənin “Gəncənin memarlıq salnaməsi" adlı kitabının təqdimat mərasimi keçirilib. Kitabın 12-19-cu əsrlərdə Azərbaycanın ən qədim şəhərlərindən biri olan Gəncənin memarlıq tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Eləcə də nəşrin Nizami yurdunun mədəniyyət aləminə böyük töhfə olacağı ifadə olunub. Kitabda Cümhuriyyətimizin ilk paytaxtı olan Gəncənin zəngin memarlıq ənənələri, Azərbaycan memarlığı tarixinə həsr edilən tədqiqat işləri əks olunub. Azərbaycan və Rus dillərində, nəfis tərtibatda nəşr edilən kitab 257 səhifədən ibarətdir.