• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 18.10.2021 22:12

Vokalçıların ilk festivalı keçirilib

KepezTV Player

Gəncədə ilk dəfə olaraq İkinci Azərbaycan Beynəlxalq Vokalçılar festivalı keçirilib. Vokal sənətini tanıtmaq və Azərbaycan vokalını beynəlxalq arenaya çıxartmaq məqsədi ilə keçirilən festivalda iştirakçıların sayı 40-a yaxın olub.

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının dəstəyi, eləcə də Gəncə regional mədəniyyət idarəsinin təşkilatçılığı ilə keçirilən festival Gəncə Dövlət Flarmoniyasında baş tutub. Oktyabırın 20-dək reallaşan festivalda Gəncə ilə yanaşı ətraf 8 rayonun vokalçıları öz bacarıqlarını nümayiş etdirib. 16 yaşdan yuxarı 40 yaxın vokalçı yerli klasik əsərlərlə yanaşı xarici bəstəkarların romanslarını,  ariyaları, əsərlərini səsləndiriblər. Həmçinin Nizami İli çərçivəsində Nizami Gəncəvinin sözlərinə bəstələnən əsərlər də ifa olunub.

Vasif Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi: Bu festival artıq dünyada beynəlxalq status alıbdır. Bunun ən özəlliyi ondan ibarətdir ki, festivalda müxtəlif yaş hədləri ilə yanaşı Respublikamızda tanınmış və sənəd ustadları olan ifaçılarla birlikdə səhnəni paylaşırlar. Bu da müxtəlif yad həddi olan insanlar və ifaçılar üçün bir stimuldur.

Gəncə mədəniyyətinə və incəsəsnətinə ən böyük töhfə olan ikinci Azərbaycan Beynəlxalq Vokalçılar  Festivalında müəllimlərlə yanaşı tələbələr də iştirak edir ki, bu da onlarda böyük stimul yaradır.

Sevinc İbrahimova  Xalq artisti: Gəncə Dövlət Flarmoniyasının səhnəsində Filarmoniyanın peşəkar vakal ifaçıları ilə birlikdə həmdə Gəncə və Gəncə ətrafı rayonların da gənc istedadlı vokalçıları çıxış edir. Vu da onların istedadlarını, qabiliyyətlərini göstərməyinə və tanınmasına kömək edir.

Kəmalə Tağızadə  Əməkdar artist: Bizimlə birlikdə bizim tələbələrimizdə iştirak edir. Festivalda hər bir iştirakçıya uğurlar və yeni-yeni nailiyyətlər arzu edirəm.

İslam Əlizadə vokalçı: Həqiqətən çox sevindik. Regionlarda muğam müsabiqələri olurdu, ancaq vokal festivalları az keçirilirdi. Təşəkkür edirik ki, Nizami yurdunda Nizami ilində bu cür festival keçirildi.

Festivalın gələcəkdə daha geniş şəkildə keçirilməsi nəzərdə tutulur.

Elnur Vahidoğlu