• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 18.10.2021 12:30

"Xalqımızın möhkəm iradəsini təcəssüm etdirən Müstəqilliyin Bərpası Gününü qeyd edirik"

KepezTV Player

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşım edib."Bu gün biz dövlətin suverenliyini, xalqımızın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqilliyin Bərpası Gününü qeyd edirik. Bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi, sevinc və xoşbəxtlik arzulayıram. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirəm. Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!", - deyə paylaşımda vurğulanır.