• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1181
— 17.10.2021 19:30

Erməni terrorunun qurbanları yad edilib

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raket atəşinə tutmasının ildönümündə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə oktyabrın 16-dan 17-ə keçən gecə saat 1-də Gəncədə yürüş təşkil edilib.

Yürüşün məqsədi Vətən müharibəsi və atəşkəs dönəmində erməni vandalizminin qurbanlarını yad etmək, məqsədli şəkildə döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq, bütün beynəlxalq qanunlara zidd olan terror hadisələrini gənclər tərəfindən heç bir zaman unudulmayacağını göstərmək olub.

Ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrdən ibarət gənclərin iştirak etdiyi yürüş şəhərin mərkəzindən başlayaraq, terror hadisəsinin törədildiyi əraziyə qədər davam edib. Yürüş zamanı gənclər tərəfindən terror qurbanlarının xatirəsinə şamlar yandırılaraq, yad edilib.

Yürüşün yekununda gənclər təşkilatlarının nümayəndələri tərəfindən media nümayəndələrinin və gənclərin önündə Azərbaycan gəncləri adından bəyanat səsləndirilib.

Bəyanatda bildirilir ki, Ermənistan tərəfinin Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Tovuz, Şəmkir, Daşkəsən, Goranboy, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Qəbələ, Kürdəmir, Xızı şəhərləri və ətraf yaşayış məntəqələrində yaşayan mülki əhalini qəsdən hədəf alan hücumlarını şiddətlə qınayır, beynəlxalq ictimaiyyəti zərər çəkmiş vətəndaşlarla həmrəy olmağa və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğuna görə Ermənistan Respublikası və Ermənistanın yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirləri görməyə çağırır.